Rumıniya da Rusiyaya nota verdi


Rumıniya sərhədində pilotsuz uçuş aparatlarının (PUA) fraqmentlərinin aşkar edildiyi iddia edilən insidentlə əlaqədar Rusiyaya nota verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipayevi Nazirliyə çağırıb:
“Rumıniya Rusiyanın Buxarestdəki səfirini ölkənin hava məkanını pozmaq ittihamına etiraz etmək üçün çağırıb”.
Xatırladaq ki, noyabrın 11-də Rumıniya Müdafiə Nazirliyi sərhəddən beş kilometr cənubda pilotsuz təyyarənin parçaları aşkar edildiyi barədə məlumat yayıb.
Nazirlik bildirib ki, gecə saatlarında ​​Dunay çayının Ukrayna tərəfində, İzmail limanı yaxınlığında çoxsaylı partlayışlar qeydə alınıb.
Qeyd edək ki, daha öncə Azərbaycan Rusiyaya nota verib. Buna səbəb 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top