Pentaqonun binasına yeni lövhələr asıldı − Yeni adı ilə


Pentaqonun binasındakı 70 ildən artıqdır ki qalan köhnəlmiş bürünc lövhələr “Müharibə Nazirliyi” yazılmış yeni lövhələrlə əvəz edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. 
Press-relizdə departamentin direktoru Pit Heqset şurupu lövhələrdən birinə baölayıb. 
Çəkisi 27 kiloqram olan hər lövhənin ölçüsü təxminən 75x50 santimetrdir.
Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. O, qlobal vəziyyəti nəzərə alaraq bu adın daha uyğun olduğunu bildirib.
ABŞ Müharibə Departamenti 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub, o, milli hərbi quruma çevrilib. 1949-cu ildə o, Müdafiə Nazirliyi adlandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top