
Argentinalı futbolçu Lionel Messinin “Barselona”nın yenilənmiş “Camp Nou” stadionunda heykəli qoyula bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədə klub prezidenti Joan Laportadan sitat gətirib.
“Messi yeni stadionda abidəyə layiqdir. Biz plan hazırlayacağıq, ailəsi ilə danışacağıq və onlar razılaşsalar, işə başlaya bilərik”, - Laporta bildirib.
Qeyd edək ki, 38 yaşlı Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da çıxış edib. Bu klubla hücumçu 10 İspaniya çempionluğu, səkkiz İspaniya Superkuboku, yeddi Kral Kuboku, dörd Çempionlar Liqası, üç UEFA Super Kuboku və bir FIFA Klublararası Dünya Kuboku qazanıb. Messi hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edir.
Tətbiqimizi yükləyə bilərsiniz