İlham mənbəyi


Tank tırtıllarının balinaların quyruqlarına, alpinist çəkmələrinin dağ keçilərinin dırnaqlarına, qara batmayan ayaqqabıların isə dovşanların ayaqlarına bənzədiyini görmüsünüzmü?
Təbiətdə ideal şəkildə işləyən və tərəqqiyə ilham verən bir çox örnəklar var. Texnika dünyasında bir çox addımlar da elə təbiətdən alınan bu örnəklər hesabına atılır.

Böcəkdən vertolyota
Bəzən iynəcə böcəyinə “vertolyot böcəyi” də deyirlər. Əslində bu, heç də gəlişigözəl söz deyil. Çünki iynəcə böcəyinin bəzi xüsusiyyətləri vertolyot istehsalçıları üçün ilham mənbəyi oldu. Gövdəsinin üzərində çarpaz yerləşdirilmiş qanadları vertolyotu hərəkət etdirmək gücünə malikdir. Üstəlik, bu konstruksiya ona ani manevr etmək və sürəti artırmaq imkanı verir. İynəcə böcəyi hansı sürətlə və ya hansı istiqamətdə uçursa-uçsun, ani olaraq dayana və əks istiqamətdə hərəkət edə bilir. Hətta bu böcək çox qısa bir vaxt ərzində saatda 50-90 km sürətlə uça bilir. Vertolyot istehsalı üçün örnək olan bu xüsusiyyətləri iynəcə böcəyini digər böcəklərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Yarasaya bənzəyən qurğular
Qəribə də olsa, yarasanın istiqaməti təyin etmə prinsipi ilə radar qurğularının istiqaməti təyin etmə prinsipi eynidir. Çünki görmə qabiliyyəti çox zəif olan yarasalar çox titrək səs dalğaları yayırlar. Üstəlik, onların yaydığı bu səs dalğalarını insanlar eşitmirlər. Yarasanın yaydığı səs dalğaları ətrafdakı cisimlərdən əks olunaraq qayıdır və yarasa da həmin dalğaları qəbul edərək bununla öz “hərəkət trayektoriyasını” müəyyənləşdirir. Radar qurğularının da iş prinsipi əslində elə yarasaların bu iş prinsipindən ibarətdir.

Soyuq işıq məbəyi
İynəcə böcəyi vertolyotların meydana gəlməsinə səbəb olduğu kimi, başqa bir böcək də elektrik istehsalında elm adamlarına örnək oldu. Bədənindən işıq şüalandıran bu böcək isə işıldaquş böcəyidir. İşıldaquş böcəyi 100 faizə yaxın məhsuldarlıqla, yəni itkisiz işıq saçır. Halbuki digər işıq sistemləri üçün eyni şeyi demək mümkün deyil. Bu işlq sistemlərində ancaq enerjinin müəyyən faizi işığa çevrilir. Bu gün soyuq işıq ən sərfəli işılandırma süstemləirndən biri kimi müasir texnologiyanın nail olmağa çalışdığı ən böyük hədəflərdən biridir.

Və haşiyə...
Bütün bu bəhs etdiklərimiz tərəqqiyə ilham verən örnəklərdən ancaq bəziləridir. Bu bir həqiqətdir ki, texniki tərəqqi insanlara xidmər edir. Ancaq təbiətdə tərəqqiyə ilham verən örnəklər isə insanlara göstərilən Sonsuz Mərhəmətin ifadəsidir.
Təbii ki, insanlara bu örnəklərdən bəhrələnməsi üçün ağlın verilməsi də Sonsuz Mərhəmətin bir ifadəsidir. İnsanların borcu isə onlara verilən bu neməti elə insanlar üçün xeyirli işlərə sərf etməkdir. Bunu həyata keçirmək üçün ən gözəl yol isə baxmaqla görmək arasındakı fərqi dərk etməkdir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top