Mbappe Azərbaycana gəlməyəcək


Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək 6-cı oyunu buraxacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Mbappe sağ topuğundakı zədə ilə əlaqədar noyabrın 16-da baş tutacaq matçda iştirak etməyəcək.
Nəşrin yazdığına görə, futbolçu hələ də sağ topuq nahiyəsində iltihabdan əziyyət çəkir və onun Madriddə müayinədən keçməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top