
Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” 15 noyabr tarixindən etibarən bir çox telefonda bağlanacaq.
Yeniavaz.com xəbər verir ki, “WhatsApp” əsasən 2016-cı il və daha əvvəl istehsal edilmiş bir çox smartfonda yeniləmələrə dəstəyi dayandıracaq.
Yeniləmə dəstəyi almayacaq Android və iOS telefon modelləri arasında “iPhone 6” və “Samsung Galaxy S7” də var.
Bu cihazlar nəinki ilkin olaraq yeniləmələri qəbul edə bilməyəcək, həm də müəyyən müddətdən sonra yeniləmə tələbini yerinə yetirmədiyi üçün ”WhatsApp”a tamamilə daxil ola bilməyəcək.
Şirkət buna səbəb kimi tətbiqə əlavə edilən yeni funksiyaların kifayət qədər texniki göstəriciləri olmayan cihazlarda performans problemlərinə səbəb olduğunu qeyd edib.
“WhatsApp”ın yeniləmələrə dəstəyini dayandırmasının yüzlərlə telefon modelinə təsir edəcəyi gözlənilir.
Ən çox yayılmış cihazlardan bəziləri bunlardır:
Android Cihazları
Huawei Mate 9 Pro
Samsung Galaxy S7
Xiaomi Mi Note 2
HTC 10 evo
Sony Xperia XZ
Xiaomi Mi 5 Pro
Samsung Galaxy C9 Pro
iOS Cihazları
iPhone 6
iPhone 6s
Tətbiqimizi yükləyə bilərsiniz