
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20 min 879 nəfərdən ibarət 5 min 256 ailənin qayıdışı təmin edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təkcə ötən ay ərzində azad edilən ərazilərə qayıdan ailələrin sayı 430, ailə üzvlərinin sayı isə 1770 olub.
Qeyd edək ki, noyabr ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 917 nəfər təşkil edib. Son bir ay ərzində onların sayı 613 nəfər artıb. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan tələbələrin sayı isə oktyabr ayında 2 nəfər artaraq 2154 olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz