Azərbaycan iqtisadiyyatı 1,3 faiz böyüyüb


Bu ilin yanvar-oktyabr aylarında ölkədə 106 milyard 435,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 34 faizi sənaye, 10,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Əhalinin bir nəfərinə düşən ÜDM 10 min 392,6 manata bərabər olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top