Əliyev və Paşinyan Kopenhagendə “Tramp marşrutu”nu da müzakirə ediblər


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendəki müzakirələr zamanı razılığa gəliblər ki, “Tramp marşrutu”nda ən tez elektrik ötürücü xətlərin və qaz kəmərinin çəkilməsi işləri həyata keçirilə bilər.
Yeniavaz.com
“Aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan bunun ilkin müzakirə olduğunu, sonrakı müzakirələrin daha konkret olacağını qeyd edib.
O, həmçinin qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün heç bir maneə yoxdur.
“Bütün məsələlər Vaşinqton Bəyannaməsində öz əksini tapıb, bizə sadəcə olaraq razılaşmanı yerinə yetirmək qalır”, - o əlavə edib.
Paşinyanın fikrincə, “Tramp yolu” sülh prosesinin yekun nəticəsidir, lakin bu, həm də davamlı sülh üçün mühüm səbəbdir.
Qeyd edək ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top