Xərclərimizin 54,5%-i yeyib-içməyə sərf olunub


Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Bu ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.                      
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top