Ən çox bu məhsullar bahalaşıb – Komitə siyahısını açıqladı


Bu ilin oktyabr ayında istehlak qiymətləri ötən ilin oktyabr ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ayda əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top