Rusiya Kiyevi bombaladı – Ölənlər var


Rusiya raket və pilotsuz təyyarələrlə Ukraynanın paytaxtı Kiyevə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, xilasedicilər qəzalı binalarda sıxışmış vəziyyətdə qalmış 40-dan çox şəxsi xilas ediblər.
Qeyd olunub ki, kütləvi hücum Kiyevin altı rayonunda çoxmərtəbəli binalardakı mənzillərin dağılması və yanğınlarla nəticələnib. Məktəb, xəstəxana, idman bazası ərazilərində də oxşar yanğınlar baş verib.

DİGƏR XƏBƏRLƏR

Top