
1991-ci ilin yanvar ayından fəaliyyət göstərən “Səs” qəzeti bağlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev sosial media hesabında məlumat dərc edib.
O bildirib ki, qəzetin bağlanması Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair yeni qərarı ilə əlaqəlidir.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) çap media subyektlərinə dəstək üçün elan etdiyi müsabiqənin şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək. Daha əvvəlki müsabiqələrdə həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat maliyyə yardımı nəzərdə tutulurdu.
Tətbiqimizi yükləyə bilərsiniz