
Ermənistan Amerika ilə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) 49 və ya 99 il müddətinə icarəyə verilməsinin iki ssenarisinin müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, icarə şərtləri investisiyalar və onların geri qaytarılması ilə bağlıdır.
“Bu qədər uzun icarə müddətlərinin səbəbi nədir? Çünki, təxmin etdiyiniz kimi, orada investisiyalar qoyulacaq və investorun investisiyasının müəyyən faydalar şəklində geri qayıdacağına dair müəyyən zəmanətləri olmalıdır”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Paşinyan daha əvvəl bəyan etmişdi ki, marşrut üzrə tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanması planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz