
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ilin ən yaxşı qolu üçün “Puşkaş” mükafatına namizədləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda Türkiyənin “Kasımpaşa” klubundan Kevin Rodriqesin “Rizespor”a vurduğu qol da var.
Puşkaş mükafatına əsas namizədlər aşağıdakılardır:
Alerrandro – “Vitoriya”nın heyətində “Kruzeyro”ya vurduğu qol, 19 avqust 2024-cü il;
Alessandro Deyola – “Kalyari”nin heyətində “Venesiya”ya vurduğu qol, 18 may 2025-ci il;
Pedro de la Veqa – “Sietl Saunders”in heyətində “Krus Asul”a vurduğu qol, 31 iyul 2025-ci il;
Santyaqo Montyel – “İndependyente”nin heyətində “İndependyente Rivadavya”ya vurduğu qol, 11 may 2025-ci il;
Amr Nasser – “Farko”nun heyətində “Əl Əhli”yə vurduğu qol, 17 aprel 2025-ci il;
Karlos Orrantiya – “Atlas”ın heyətində “Keretaro”ya vurduğu qol, 16 aprel 2025-ci il;
Lukas Ribeyro – “Mamelodi Sandauns”ın heyətində “Borussiya Dortmund”a vurduğu qol, 21 iyun 2025-ci il;
Deklan Rays – “Arsenal”ın heyətində “Real Madrid”ə vurduğu qol, 8 aprel 2025-ci il;
Riski Ramadani – “Persicu”nun heyətində “Areme”yə vurduğu qol, 9 Mart 2025-ci il;
Kevin Rodriqes – “Kasımpaşa”nın heyətində “Rizespor”a vurduğu qol, 9 fevral 2025-ci il;
Lamin Yamal – “Barselona”nın heyətində “Espanyol”a vurduğu qol, 15 may 2025-ci il.
Tətbiqimizi yükləyə bilərsiniz