Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilib


Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Ankarada baş tutan mərasimdə Milli Müdafiə Nazirliyinin rəsmiləri və şəhid yaxınları iştirak ediblər.
Mərasimdən sonra cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.
Xatırladaq ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 20 Türkiyə hərbçisi şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top