
Toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, Qubada lentə alınmış kadrları jurnalist Dəyanət Babayev yayıb.
Görüntülərdə bəy-gəlin maşınını müşayiət edən bir neçə avtomobilin yol hərəkəti qaydalarını pozması, maşınlardan birində olan şəxsin isə yola pul səpməsi əks olunub.
Kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz