“OpenAI” “ChatGPT”nin yeni versiyalarını təqdim etdi


“OpenAI” yeni “GPT-5.1 Instant” və “GPT-5.1 Thinking” dil modellərini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, yeni versiyalara ilk olaraq “ChatGPT Plus” və “ChatGPT Pro” abunəçiləri giriş əldə edəcəklər.
Yeniləmə növbəti bir neçə gün ərzində tədricən yayılacaq.
“GPT-5.1 Instant” sürətə əsaslanıb və gündəlik ünsiyyət, qısa e-poçtlar, rezyumelər və sadə kodlar üçün nəzərdə tutulub.
Əvvəlki versiyadan fərqli olaraq, model lazım olduqda avtomatik olaraq qısa əsaslandırma rejiminə keçə bilər. Digər tərəfdən, bu versiyada cavab strukturu da təkmilləşdirilib.
“GPT-5.1 Thinking” çoxmərhələli hesablama, proqramlaşdırma, planlaşdırma və analitika kimi yüksək dəqiqlik və təhlil dərinliyi tələb edən problemləri həll etmək üçün nəzərdə tutulub.
Model hesablama resurslarını dinamik şəkildə bölüşdürür, sadə sorğuları daha tez emal edir və mürəkkəb sorğular üçün düşünmə vaxtını artırır.
Əsas təkmilləşdirmələrə daha güclü məntiqi ardıcıllıq, daha yaxşı kontekst saxlama və daha az jarqon daxildir. Bununla belə, “Thinking”in cavab sürəti “Instant”dan daha yavaşdır.
“OpenAI” eyni vaxtda “ChatGPT” fərdiləşdirmə sistemini də yeniləyib.
İstifadəçilər altı ünsiyyət üslubundan birini seçə bilərlər: “Defolt”, “Frendly”, “Efficient”, “Professional”, “Candid” və “Quirkli”.
Seçilmiş ton bütün söhbətlərə aiddir və eksperimental rejimdə fərdi səviyyələr fərdiləşdirilə bilər.
Tərtibatçılar üçün “GPT-5.1” “GPT-5” ailəsindəki əvvəlki API və modellərlə tam uyğunluğu qoruyur. Şirkət qeyd edir ki, yeni versiyalar eyni təhlükəsizlik yoxlamalarından keçib və emosional baxımdan həssas ssenarilər üçün təkmilləşdirilmiş filtrləri ehtiva edir.
“GPT-5” baza modelləri daha üç ay ərzində əlçatan qalacaq ki, istifadəçilər nəsilləri müqayisə edə və konkret tapşırıqlar üçün optimal konfiqurasiyaları seçə bilsinlər.

DİGƏR XƏBƏRLƏR

Top