BBC Trampdan üzr istədi


Britaniya Yayım Korporasiyası (BBC) çıxışını təhrif etdiyinə görə ABŞ Prezidenti Donald Trampdan üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, BBC-nin İdarə Heyətinin sədri Samir Şan hadisə ilə bağlı Ağ Evə şəxsi təəssüf məktubu göndərib.
O, bu məktubda həm özünün, həm də korporasiyanın Trampın 6 yanvar 2021-ci il tarixli nitqinin redaktə edilməsindən təəssüfləndiyini açıq şəkildə bildirib.
“BBC videoklipin montaj üsulundan səmimi şəkildə təəssüflənsə də, biz böhtan iddiası üçün əsasların olması ilə qəti şəkildə razılaşmırıq”, - məktubda qeyd edilib.
Buna baxmayaraq, korporasiya Amerika liderinin vəkillərinin təzminat tələbini rədd edib.
Qeyd edək ki, BBC-nin yaydığı “Panorama” proqramında Trampın çıxışı redaktə edilib. Redaktə edilmiş seqmentdən dərhal sonra Kapitoliya binasına doğru yürüş edən insanların görüntülərini nümayiş etdirilib və sanki siyasətçinin çağırışına əməl edilirmiş kimi bir mənzərə formalaşdırılıb. Əslində, bu görüntülər Trampın Vaşinqtonda minlərlə tərəfdarı qarşısında çıxışına başlamazdan əvvəl lentə alınıb. Qalmaqal BBC-nin baş direktoru Tim Deyvi və xəbər rəhbəri Debora Ternessin istefasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top