
Millətlər Liqasının qalibi Portuqaliya Dünya Çempionatının seçmə mərhələsinin V turunda Dublində İrlandiyaya 0:2 hesabı ilə uduzub.
Yeniavaz.com xəbər verir ki, hesabı 17-ci dəqiqədə “AZ Alkmaar” (Niderland) klubunun hücumçusu Troy Parrott açıb.
O, 45-ci dəqiqədə ikinci dəfə fərqlənib.
61-ci dəqiqədə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 40 yaşlı hücumçusu Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, Portuqaliya 10 xalla F qrupuna başçılıq edir və ikinci yerdə olan Macarıstanı iki xal qabaqlayır. İrlandiya 7 xalla üçüncüdür, Ermənistan isə 3 xalla sonuncudur.
🚨 WORLD CUP QUALIFIERS! 🌍
— Polymarket FC (@PolymarketFC) November 13, 2025
RED CARD FOR CRISTIANO RONALDO! 🟥
🇮🇪 Ireland 2-0 Portugal 🇵🇹
🎥 @TheGoalsZone pic.twitter.com/0OIuHJ3TGk
Tətbiqimizi yükləyə bilərsiniz