
Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinə aid iki AT-802 yanğınsöndürən təyyarəsi planlı texniki qulluq üçün 12 noyabr çərşənbə günü yerli vaxtla saat 10:24-də Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, hava şəraiti ilə əlaqədar gecəni Rejika hava limanında keçirən təyyarə bu gün saat 17:38-də yenidən havaya qalxıb.
Lakin əlverişsiz hava şəraiti səbəbindən hər iki təyyarə geri dönmək qərarına gəlib. Qayıdış marşrutu zamanı bir təyyarə təhlükəsiz şəkildə Rejika hava limanına eniş edərkən, saat 18:25-də digər təyyarə ilə radio əlaqə kəsilib.
Radarlardan itən təyyarə və məsul pilotla əlaqəni bərpa etmək üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb.
***
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı:
“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz