
Fələstinin HƏMAS hərəkatı daha bir israilli girovun qalıqlarını təhvil verəcək.
Yeniavaz.com xəbər verir ki, qalıqların Bakı vaxtı ilə saat 22:00-da təhvil veriləcəyi gözlənilir.
İsrail isə hələlik planlaşdırılan təhvil prosesi ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər.
Oktyabrın 9-da tərəflər ABŞ Prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar.
Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Xatırladaq ki, HƏMAS bu günə qədər əsirlikdə ölən 28 girovdan 24-nün qalıqlarını təhvil verib. İsrail hakimiyyətinin məlumatına görə, fələstinlilər Qəzzada daha 4 girovun qalıqlarını saxlamaqda davam edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz