
İtaliyalı baş məşqçi Roberto Mançini Qətərin “Əl Sədd” klubunun yeni baş məşqçisi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
“Roberto Mançini “Əl Sədd”in baş məşqçisi olmaq üçün 2,5 mövsümlük müqavilə imzalayıb”, - deyə klubdan bildirilib.
Qeyd edək ki, “Əl Sədd” Qətər Premyer Liqasının turnir cədvəlində 9 oyundan sonra 14 xalla altıncı yerdədir. “Əl-Qarafa” isə 22 xalla turnir cədvəlində liderdir.
Xatırladaq ki, 60 yaşlı Roberto Mançini bundan əvvəl Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edib.
O, əvvəllər İtaliya millisində, İtaliyanın “İnter”, Rusiyanın “Zenit”, Türkiyənin “Qalatasaray”, İngiltərənin “Mançester Siti” klublarında baş məşqçi olub.
Tətbiqimizi yükləyə bilərsiniz