
“Telegram”ın həmtəsisçisi Pavel Durov Fransa hakimiyyət orqanları tərəfindən onun ölkə xaricinə çıxışını məhdudlaşdıran məhkəmə nəzarətinin ləğv edilməsinə nail olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Durovdan daha mütəmadi olaraq Fransa polis bölməsinə müraciət etmək tələb olunmur və onun səyahət qadağası tamamilə aradan qaldırılıb.
Mənbələrin bildirdiyinə görə, qərar noyabrın 10-da qəbul edilib.
Qeyd edək ki, 2024-cü il avqustun 24-də Durov Parisdəki Le Burje hava limanında bir neçə ittihamla, o cümlədən cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində iştirak ittihamı ilə həbs edilib. Paris prokurorluğunun məlumatına görə, bu cinayət 10 ilə qədər həbs cəzası və 500 min avro məbləğində cəriməni nəzərdə tutur. İstintaq hakiminin qərarı ilə iş adamı məhkəmə nəzarəti altına alınıb və ondan 5 milyon avro girov ödəməsi tələb olunub.
Tətbiqimizi yükləyə bilərsiniz