
Ermənistanda məhkəmə “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə İrəvan Birinci İnstansiya Məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan məlumat verib.
Qeyd edək ki, məhkəmə artıq həbs qətimkan tədbirinin müddətini bir dəfə üç ay uzadıb.
Xatırladaq ki, “Müqəddəs Mübarizə” hərəkatının 18 üzvü “terror aktı hazırlamaq və hakimiyyəti ələ keçirməyə cəhd” maddəsi ilə ittiham olunur. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları iyunun sonunda həbs edilib.
Tətbiqimizi yükləyə bilərsiniz