ABŞ iki Ukrayna şirkətinə sanksiya tətbiq etdi – İrana yardım etdiyinə görə...


ABŞ iki Ukrayna şirkətinə qarşı sanksiya tətbiq edərək, onları İranın pilotsuz uçuş aparatları və ballistik raket istehsalı proqramları üçün komponentlərin alınmasında vasitəçilik etməkdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Çin, Honq-Konq, Hindistan, Almaniya və Ukraynada yerləşən 32 fiziki və hüquqi şəxsə qarşı araşdırmaya başlayıb.
Press-relizdə iddia edilir ki, İran vətəndaşı Ukraynada yerləşən “GK Imperativ Ukraina” MMC və “Ekofera” MMC şirkətlərindən İran təyyarə istehsalçısı]HESA üçün süni üfüqlər və maqnitometrlər də daxil olmaqla aerokosmik materiallar almaq və tədarük etmək üçün istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top