
Bakıda səfirliklərdən birinə məxsus avtomobil qaydaları pozaraq avtobus dayanacağının ərazisinə və velosiped zolağına daxil olub.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən fotonu teleaparıcı İlkin Həsəni sosial şəbəkə hesabında dərc edib.
Qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus dayanacağı və velosiped zolağını zəbt edən avtomobil sahibləri cərimə olunurlar.
Tətbiqimizi yükləyə bilərsiniz