ABŞ bir sentlik sikkələrin buraxılışını dayandırdı


ABŞ 200 ildən çox davam edən bir sentlik sikkələrin buraxılışını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, son bir sentliklər Filadelfiya Sikkəxanasında buraxılıb.
Bir sentlik sikkələr ilk dəfə 1793-cü ildə buraxılıb.
ABŞ-də dövriyyədən çıxarılan sonuncu sikkə 1857-ci ildə istehsalı dayandırılmış yarım sentlik olub.
Qeyd edək ki, 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp ABŞ Maliyyə Nazirliyinə bir sentlik sikkələrin buraxılmasını dayandırmağı əmr etdiyini açıqlayıb.
Buna səbəb bir sentlik bir sikkənin istehsalının xəzinəyə 4 sentə başa gəlməsi olub.
ABŞ administrasiyası bu qərarın hər il 56 milyon dollara qənaət edəcəyini təxmin edir.
Nağd pul əməliyyatlarında bir sentlik sikkələrdən istifadə davam etdiriləcək və zərb edilən son bir neçə sikkə hərraca çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top