
Britaniya şahzadəsi Uilyam övladlarına telefon və internetdən istifadə etməyi qadağan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə braziliyalı aparıcı Luçano Xaki ilə “Globoplay” saytında dərc olunan müsahibəsində bildirib.
Britaniya taxt-tacının varisi bu qərarı həyat yoldaşı Keyt Middltonla birlikdə verdiyini qeyd edib.
Uilyam mobil telefonlarına qoyulan sərt qadağanın bütün uşaqlarına şamil olunduğunu vurğulayıb.
Buna baxmayaraq, o, bu qadağanın sonsuza qədər davam etməyəcəyini əlavə edib.
“Düşünürəm ki, Corc orta məktəbə çatanda, bəlkə də onun internetə çıxışı olmayan telefonu olacaq”, - deyə taxt-tac varisi bildirib.
Şahzadə ümid etdiyini bildirir ki, 12 yaşlı oğlu bu qadağanın səbəbini başa düşəcək.
“Düşünürəm ki, uşaqların internetdə lazım olandan çox şeyə çıxışı var”, - Ulilyam qeyd edib.
Şahzadə Uilyam həmçinin qeyd edib ki, internetə həddindən artıq giriş uşağın inkişafına mənfi təsir göstərə, məlumat istehlakı vərdişləri yarada və onları real həyatdan uzaqlaşdıra bilər. Onun sözlərinə görə, telefonları çox erkən təqdim etmək stress və yersiz prioritetlərə səbəb ola bilər.
Bu baxımdan şahzadə və həyat yoldaşı uşaqları ilə birlikdə oyunlar və idman fəaliyyətləri təşkil etməyə üstünlük verir və onların inkişafının əsas məqamlarında iştirak etməyə çalışırlar.
Qeyd edək ki, şahzadə Corc 2013-cü ildə anadan olub. O, Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun ilk övladıdır. Şahzadə Corcun kiçik bir bacısı və bir qardaşı da var: Şahzadə Şarlotta (2015) və Şahzadə Lui (2018).
Tətbiqimizi yükləyə bilərsiniz