
“General-mayor İlqar Abbasov çox təkəbbürlü idi”.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi - general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, İlqar Abbasov ötən ay Prezidentin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz