Türkiyə C-130 təyyarələrinin uçuşlarını dayandırdı


Türkiyənin Milli Müdafiə Nazirliyi Gürcüstanda baş verən aviaqəzanın səbəblərinin və şəraitinin araşdırılması başa çatana qədər C-130 hərbi yük təyyarələrinin uçuşlarını dayandırıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 12-dən etibarən ehtiyat tədbiri olaraq inventarda olan bütün C-130 təyyarələrinin uçuşu dayandırılıb. Bütün texniki baxışlar və yoxlamalar başa çatdıqdan sonra təyyarələrinin uçuşları bərpa olunacaq”, - Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq, təyyarənin göyərtəsindəki 20 hərbçinin şəhid olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top