
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 741 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 96 mənzil alıblar.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha az mənzil alıblar. Belə ki, 2024-cü ilin ilk 10 ayında 682 mənzil satın alıblar. Ötən ilin oktyabr ayında isə bu ilin oktyabr ayı ilə müqayisədə daha az – 78 mənzil alınıb.
Qeyd edək ki, son ildə 11 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilkdə 11 min 373 mənzil alıblar:
2015-ci il – 815 mənzil;
2016-cı il – 610 mənzil;
2017-ci il – 942 mənzil;
2018-ci il – 1 250 mənzil;
2019-cu il – 1 191 mənzil;
2020-ci il – 1 279 mənzil;
2021-ci il – 1 517 mənzil;
2022-ci il –1 330 mənzil;
2023-cü il – 832 mənzil;
2024-cü il – 866 mənzil;
2025-ci ilin yanvar-oktyabr ayları – 741.
Onu da bildirək ki, bu ilin ilk 10 ayı ərzində Türkiyədən ən çox Rusiya (2 min 835 mənzil), İran (1 499 mənzil), Ukrayna (1 189 mənzil), Almaniya (1 120 mənzil), İraq (1 055 mənzil), Azərbaycan (741 mənzil) və Qazaxıstan (555 mənzil) vətəndaşları ev alıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz