
Gədəbəy rayonunun Novasaratovka kəndində fərdi yaşayış evində yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240kv.m olan iki mərtəbəli evin və tövlənin yanar konstruksiyaları, həmçinin tövlənin damına yığılmış 6 ton ot bağlaması, bitişik tikilmiş ümumi sahəsi 400kv.m olan ikimərtəbəli evin ikinci mərtəbəsində iki otağın tavanı 25kv.m və dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz