ABŞ-də “şatdaun” başa çatdı


ABŞ federal hökumətinin bağlanmasının (Şatdaun) 43-cü günündə Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün qanun layihəsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qanun layihəsi noyabrın 12-də günün sonunda Konqresin aşağı palatası olan Nümayəndələr Palatasında 222 lehinə, 209 əleyhinə səslə qəbul edilib.
Sənəd imzalanması üçün prezident Donald Trampa göndərilib. Tramp Konqresin hər iki palatası tərəfindən dəstəklənən qanun layihəsini imzalayıb və bağlanmaya son qoyub.
Federal hökumətin maliyyələşdirilməsinin 2026-cı il yanvarın 30-na qədər uzadılmasını nəzərdə tutan ABŞ tarixində ən uzun müddətlik bağlanmaya son qoymaq üçün lazım olan qanun layihəsi 8 Demokrat senatorun da sənədə səs verməsindən sonra noyabrın 10-da Konqresin yuxarı palatası olan Senat tərəfindən qəbul edilib.
Respublikaçılar Konqresin hər iki palatasında çoxluğa sahib olsalar da, 100 üzvlü Senatda onların cəmi 53 üzvü var və buna görə də xərcləmə qanunlarının qəbulu üçün lazım olan 60 səsə malik deyillər.

DİGƏR XƏBƏRLƏR

Top