Türkiyədə ardıcıl üç zəlzələ oldu


Türkiyədə ardıcıl olaraq üç zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, sarsıntılar Balıkəsir vilayətinin Sındırqı rayonunda baş verib.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ilk sarsıntı yerli vaxtla saat 06:16-da (Bakı vaxtı ilə 07:16) qeydə alınıb və maqnitudası 4,7 bal gücündə olub.
Agentliyin məlumatına görə, daha sonra 06:20 və 06:21-də 4,2 bal gücündə daha iki zəlzələ qeydə alınıb.
Sarsıntıların 12,31 kilometr dərivlikdə meydana gəldiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top