Muazzez Abacı vəfat etdi


Türk klassik musiqisinin əfsanəvi siması Muazzez Abacı vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, sənətçi ötən həftə ABŞ-də qızı Səba Abacıya baş çəkərkən infarkt keçirib.
78 yaşlı musiqiçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 
Hicran Muazzez Abacı 2 noyabr 1947-ci ildə Ankarada anadan olub. O, 1973-cü ildə Kervan Plakın prodüserliyi ilə ilk albomu olan “Bir sen kaldın içimde”ni buraxıb. Klassik və polifonik türk musiqisini populyarlaşdıran simalardan biri olub və çox populyar olub. Radio karyerasından sonra o, tez bir zamanda İstanbulun gecə klublarında axtarılan aparıcıya çevrilib, lakin qeyri-sabit şəxsi həyatı səbəbindən səhnə və səsyazma karyerası dayandırılıb.
1990-cı ildə Cemal Safinin sözlərinə yazılan “Vurğun” mahnısı və albomu ilə karyerasının zirvəsinə çatan sənətçi, 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən tövsiyə edilən Dövlət Sənətçisi adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top