Naxçıvan Ali Məclisi baş naziri vəzifəsindən azad edib


Noyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində payız sessiyasının növbəti iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, iclasın gündəliyində Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi müzakirəyə çıxarılıb. Qərar layihəsi səsverməyə qoyularaq qəbul olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top