Bakının bəzi ərazilərində qaz olmayacaq


Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin “Zirə-Şimal DRES” magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top