“Qara qutu tapılıb” – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusunun tapıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sədri olduğu Ədalət Və İnkişaf Partiyasının (AKP) iclasında çıxışı zamanı danışıb.
“19 şəhidimizin cəsədini çıxardıq. Son qalıqların axtarışları davam edir. Görülən işlərə anbaan nəzarət edirik. Lazımi araşdırmaların aparılmasını və hadisənin bütün təfərrüatlarının ortaya çıxarılmasını təmin edəcəyik”, - deyə Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top