
Britaniya kəşfiyyat xidmətləri və hərbçiləri ABŞ-yə Karib dənizində gəmiçilik hərəkətləri ilə bağlı kəşfiyyat məlumatı verməyi dayandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbəyə istinadla Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Adı açıqlanmayan mənbə qəzetə bildirib ki, britaniyalılar əvvəllər narkotik daşıyan gəmilərin koordinatları və göyərtəsindəki insanların sayı kimi məlumatları amerikalılarla paylaşırdılar.
Nəşr yazır ki, Kral Donanması Karib dənizində narkotik qaçaqmalçılarına qarşı əməliyyatlar aparır, lakin onun yanaşması ABŞ-dən fərqlidir.
Böyük Britaniya hökuməti kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
“The Times”ın məlumatına görə, bunun Ukrayna da daxil olmaqla bir sıra regionlarda Böyük Britaniya ilə kəşfiyyat məlumatlarını paylaşan ABŞ-nin hər hansı təqibi ilə nəticələnib-nəticələnmədiyi hələ aydın deyil.
Məqalədə xatırladılır ki, 2024-cü ilin sentyabrında Kral Hərbi Hava Qüvvələrinə məxsus “HMS Trent” patrul gəmisi ilk dəfə Karib dənizində narkotik alveri ilə məşğul olan sualtı qayığı ələ keçirərək, Karib dənizi vasitəsilə daşınan 160 milyon funt-sterlinq (210 milyon dollar) dəyərində kokaini ələ keçirib.
ABŞ Sahil Mühafizəsi və ABŞ patrul təyyarəsi ilə birlikdə Dominikan Respublikasından 190 dəniz mili cənubda həyata keçirilən əməliyyat nəticəsində 11 şübhəli həbs edilib.
Tətbiqimizi yükləyə bilərsiniz