
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Həsənli Elşən Nazim oğlu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə isə eyni akademiyanın “Davamlı inkişafın planlaşdırılması” ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2012–2014-cü illərdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014–2022-ci illərdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, 2025-ci ilin aprel ayından isə birinci müavin vəzifəsinə təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Tətbiqimizi yükləyə bilərsiniz