
“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda öz əksini tapıb.
Siyahıya görə, 192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə yüksəlib.
“Sabah” 296-cı sıradan 276-cı, “Zirə” 407-ci sıradan 387-ci, “Araz-Naxçıvan” isə 391-ci sıradan 390-cı sıraya qalxıb.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir. İkinci yerdə 511 xalla İspaniyanın “Real Madrid”, üçüncü yerdə isə 484 xalla İngiltərənin “Çelsi” klubu qərarlaşır.
Tətbiqimizi yükləyə bilərsiniz