
ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ liderinin oğlunun İrəvana səfəri noyabrın 12-də baş tutmal idi.
Səfərin məqsədinin biznes maraqları ilə bağlı olduğu bildirilirdi.
Səfər çərçivəsində hökumət rəsmiləri ilə, həmçinin, Ermənistan Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılırdı.
Tətbiqimizi yükləyə bilərsiniz