
ABŞ Prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasına qarşı (BBC) onun çıxışını redaktə edərək sözlərinin mahiyyətini təhrif etdiyi üçün böhtan iddiası qaldıracaq.
Yeniavaz.com xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində bildirib.
Belə ki, jurnalist ondan məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olub-olmadığını soruşub.
“Düşünürəm ki, mən bunu etməyə məcburam. Niyə də olmasın? Çünki onlar ictimaiyyəti çaşdırıblar. Və bunu etiraf ediblər”, - deyə Tramp cavab verib.
ABŞ Prezidenti həmçinin BBC jurnalistlərinin hərəkətlərinə toxunaraq bunun çox ədalətsiz olduğunu qeyd edib.
Qeyd edək ki, bu həftənin əvvəlində BBC Trampın Amerika liderinin redaktə edilmiş çıxışını əks etdirən yayımını noyabrın 14-dək silməsə, onu 1 milyard dollar təzminatla məhkəməyə verməklə hədələdiyini bildirib. Telekanal tələbin BBC-nin 2024-cü ilin oktyabrında yayımladığı bir saatlıq “Panorama” proqramına aid olduğunu qeyd edib.
Xatırladaq ki, BBC-nin yaydığı “Panorama” proqramında Trampın çıxışı redaktə edilib. Redaktə edilmiş seqmentdən dərhal sonra Kapitoliya binasına doğru yürüş edən insanların görüntülərini nümayiş etdirilib və sanki siyasətçinin çağırışına əməl edilirmiş kimi bir mənzərə formalaşdırılıb. Əslində, bu görüntülər Trampın Vaşinqtonda minlərlə tərəfdarı qarşısında çıxışına başlamazdan əvvəl lentə alınıb. Qalmaqal BBC-nin baş direktoru Tim Deyvi və xəbər rəhbəri Debora Ternessin istefasına səbəb olub. BBC-nin sədri Samir Şan bu yanlış qərara görə açıq şəkildə üzr istəyib.
Tətbiqimizi yükləyə bilərsiniz