Çinin dövlət neft şirkəti Rusiya neftindən imtina edir – “Reuters”


Çinin dövlət şirkəti “Yanchang Petroleum” qarşıdakı aylarda Rusiya neftinin alınmasını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə açıqlama verən, lakin adlarının çəkilməsini istəməyən iki treyder bildirib.
Onların sözlərinə görə, şirkət dekabr ayından fevralın ortalarınadək tədarük üçün keçirilən tenderdə Rusiya mənşəli neftə üstünlük verməyəcək.
“Yanchang Petroleum”un əsas fəaliyyət sahəsi dənizə çıxışı olmayan Şensi əyaləti olsa da, treyderlərdən birinin məlumatına görə, şirkət indiyə qədər hər ay bir tanker həcmində Rusiya nefti idxal edirdi. “Yanchan”g ölkənin daxili bölgələrində ən böyük neft məhsulları istehsalçılarından biridir.
Məsələ ilə bağlı “Reuters”in sorğusuna şirkət tərəfindən cavab verilməyib.
Xatırladaq ki, Tramp administrasiyasının Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərinə sanksiyalar tətbiq etməsindən sonra Çin və Hindistanın bəzi iri idxalçıları Rusiya nefti ilə bağlı ehtiyatlı davranmağa başlayıblar

DİGƏR XƏBƏRLƏR

Top