İlham Əliyev Ərdoğana zəng edib


Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top