Lamin Yamal Türkiyə ilə oyunda oynamayacaq


"Barselona" klubunun gənc hücumçusu Lamin Yamal sağlamlıq problemi səbəbindən İspaniya milli komandasının heyətindən uzaqlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə rəsmi açıqlama İspaniya Futbol Federasiyasının mətbuat xidmətindən verilib.
Bildirilib ki, futbolçu qasıq nahiyəsində ağrılar hiss etdiyi üçün tibbi müayinədən keçib və ona xüsusi müalicə proseduru təyin olunub.
Həkimlərin qərarına əsasən, Yamalın ən azı 7–10 gün istirahət etməsi tövsiyə olunub. Bu səbəbdən federasiya onun növbəti oyunlarda iştirak etməməsinə qərar verib.
"Yamalın tam sağalaraq tezliklə meydana qayıdacağına inanırıq və ona uğurlu bərpa prosesi arzulayırıq", – deyə İspaniya millisinin mətbuat xidməti bəyan edib.
Xatırladaq ki, İspaniya millisi noyabrın 15-də Gürcüstanla səfərdə, 18-də isə Türkiyə yığması ilə evdə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top