
Azərbaycan milli futbol komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiya yığmasına qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşmanı monteneqrolu hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Nikola Dabanoviç olacaq. Ona həmyerliləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.
VAR sisteminə nəzarət edəcək mütəxəssislər serb hakimlər olacaq — Momçilo Markoviç və Aleksandar Jivkoviç bu məsul vəzifəni icra edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz