
“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızılın qiyməti 2025-ci ilin dekabr ayı üzrə fyuçers kontraktlarında son bir ilin rekord səviyyəsinə çatıb.
Yeniavaz.com xəbər verir ki, qiymətli metalın 1 troya unsiyasının dəyəri 24 oktyabr 2025-ci ildən bəri ilk dəfə olaraq 4 150 dollardan yuxarı səviyyədə müəyyənləşib.
Son hesablamalara əsasən, qızılın qiyməti 3,63% artaraq 1 troya unsiyası üçün 4 153,4 dollar olub. Bu, son aylar ərzində müşahidə edilən ən yüksək göstəricidir və bazarlarda qızılın yenidən təhlükəsiz sərmayə vasitəsi kimi dəyər qazanmasının göstəricisidir.
Tətbiqimizi yükləyə bilərsiniz