“III Çarlz Trampla barışmağımızda əsas rol oynadı” − Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərini bərpa etməkdə ona kimin kömək etdiyini açıqlayıb. 
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə danışıb.
Ukrayna başçısı bildirib ki, Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə gərgin keçən görüşdən sonra Trampla barışmaqda əsas rol oynayıb.
Zelenskinin sözlərinə görə, III Çarlz Prezident Trampa bir neçə vacib siqnal göndərib və bu da prezidenti Ukraynaya həvəslə dəstəyini davam etdirməyə vadar edib. Zelenski Trampın Krala hörmət etdiyini və onu çox vacib bir insan hesab etdiyini və III Çarlzın özünün Ukrayna xalqını fəal şəkildə dəstəklədiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top